Hamı ilə danışan adam

Hamı ilə danışan adam

7 Aprel 2011 17:40
944
Bəyəndim (0) Bəyənmədim (0)

"Hamı ilə danışan adam" dünya siyasətçiləri onu belə adlandırır. Söhbət Türkiyənin xarici işlər naziri Əhməd Davudoğludan gedir.

Ona bu adın verilməsinə səbəb bu günlərdə Yaxın Şərqə etdiyi səfərləridir. O, burada həm Suriya, həm Qətər, həm də Liviya siyasi xadimləri ilə görüşlər keçirib.

Davudoğlu sülhsevərliyi ilə də dünya siyasətçilərinin nəzərlərində qalıb.

Qeyd edək ki, Davudoğlu bu gün Yaxın Şərqə səfərlərini yekunlaşdıraraq doğma vətənə qayıdıb.

O.M.