Polşa Respublikasının baş nazirinin müavini Azərbaycana səfər edəcək

Polşa Respublikasının baş nazirinin müavini Azərbaycana səfər edəcək

10 Dekabr 2014 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa Respublikasının baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski dekabrın 14-də Bakıya səfər edəcək. Səfərin məqsədi Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclasda iştirak etməkdir. Hökumətlərarası Komissiyanın iclası dekabrın 14-15-də keçiriləcək.

Azərbaycan tərəfindən komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir. Y. Pexoçinkini bir neçə nazir müavini, 50-dən çox sahibkar, jurnalistlər müşaiyət edəcəklər. Komissiyanın İclası zamanı Azərbaycan-Polşa Biznes Forumu təşkil olunacaq.

Mediainfo.az