Komitə sədri İtaliyada səfərdədir

Komitə sədri İtaliyada səfərdədir

9 Dekabr 2014 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.

Komitədən verilən məlumata görə, Azərbaycan -İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə 10 dekabrda Roma şəhərində Azərbaycan Respublikasının Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. M.Qurbanlı konfransda "İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi" mövzusunda məruzə ilə çıxış edəcək.

Konfransda Azərbaycan, İtaliya, Vatikan və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Mediainfo.az