Asəf Hacıyev QDİƏT Parlament Assambleyasının baş katibi seçilib

Asəf Hacıyev QDİƏT Parlament Assambleyasının baş katibi seçilib

9 Dekabr 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

]Deputat: "İstanbula köçməli olacağam"

Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bu gün Afinada keçirilən 44-cü sessiyasında azərbaycanlı deputat Asəf Hacıyev PA-nın baş katibi seçilib.

Bu barədə açıqlamasında A. Hacıyev özü bildirib.

O qeyd edib ki, səsvermədə müxtəlif ölkədən 57 deputat iştirak edib, deputatlardan 47-si onu dəstəkləyib, 10-u isə ukraynalı namizəd, indiyə qədər baş katib olmuş Kiril Tretyaka səs verib: "Beləliklə, 3 il bu vəzifəni icra edəcəyəm. Baş katiblik İstanbulda yerləşdiyi üçün vəzifəmin icrası ilə əlaqədar ora köçməli olacağam".

Qeyd edək ki, A. Hacıyev QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Mediainfo.az