İranda 20 eks-məmur həbs edildi

İranda 20 eks-məmur həbs edildi

9 Dekabr 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vaxtında baş verən korrupsiya hallarının araşdırılması ilə bağlı 20 nəfər saxlanılıb.

Mediainfo.az xarici mətbuata istinadən xəbər verir ki, İranın kəşfiyyat idarəsinin rəhbəri Mahmud Ələvi Əhmədinejadın dövründə baş verən korrupsiya halları ilə bağlı aralarında əvvəlki hökumətin yüksək vəzifəli şəxslərinin də olduğu 20 nəfərin saxlanıldığını açıqlayıb.

Onun sözlərinə görə bundan başqa 30 nəfər də ifadə vermək üçün aidiyyəti orqanlara çağırılıb. O həmçinin saxlanılan 20 nəfərdən 3-ün artıq həbs olunduğunu bildirib.

Ələvi saxlanılanların kimliyi barəsində açıqlama verməsə də araşdırmanın davam etdiyini, araşdırmanın nəticələrinin daha sonra mətbuata açıqlanacağını söyləyib.