Ukraynalı hərbçilər atəşkəs elan ediblər

Ukraynalı hərbçilər atəşkəs elan ediblər

9 Dekabr 2014 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı hərbçilər ölkənin şərqində atəşkəs elan ediblər. Apa-nın məlumatına görə, müvafiq bəyanatı Antiterror əməliyyatının mətbuat mərkəzi yayıb.

Atəşkəs rejimi Ukrayna ordusunun bütün mövqelərində tətbiq olunacaq.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs haqqında qərarını ötən həftə açıqlayıb və 9 dekabr tarixini sakitlik günü elan edib. Qondarma Donetsk və Luqansk respublikalarında bu təşəbbüsü dəstəkləməyə hazır olduqlarını bəyan ediblər. Separatçılar artıq atəşkəs rejiminə riayət olunduğunu təsdiqləyiblər.

Bu gün Minsk danışıqlarının növbəti raundunun keçiriləcəyi gözlənilsə də, görüşün dekabrın 12-ə təxirə salındığı açıqlanıb.

Antiterror əməliyyatının mətbuat mərkəzindən bildiriblər ki, ötən sutka ərzində separatçılar Donetsk aeroportu da daxil olmaqla, Ukrayna mövqelərini dəfələrlə atəşə tutublar. Buna cavab olaraq Ukrayna artilleriyası 56 dəfə separatçılara cavab verib.

Mediainfo.az