Rauf Arifoğlu "Azadlıq"ı məhkəməyə verir

Rauf Arifoğlu "Azadlıq"ı məhkəməyə verir

9 Dekabr 2014 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, "Azadlıq" qəzeti ona qarşı davamlı olaraq təhqir kampaniyası apardığı üçün lazımi materiallar toplanaraq məhkəməyə təqdim olunacaq. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyini də söyləyib: "Hələ ki yalnız "Azadlıq" qəzetini məhkəməyə verirəm. Daha sonra AXCP funksionerləri və fəallarının sosial şəbəkələrdə haqqımda apardıqları böhtan-təhqir kampaniyası ilə bağlı faktlar da toplanaraq məhkəməyə təqdim olunacaq".

Mediainfo.az