Terrorda ittiham olunan 8 uyğur ölüm cəzasına məhkum edilib

Terrorda ittiham olunan 8 uyğur ölüm cəzasına məhkum edilib

8 Dekabr 2014 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Urumçi şəhərində terror aktları təşkil etməkdə ittiham olunan 8 uyğur ölüm cəzasına məhkum edilib. "Frans Press"in verdiyi məlumata görə, daha 5 nəfərə ömürlük həbs cəzası verilib.

Ömürlük həbs cəzası alan şəxslər "özlərini pis aparsalar", ölüm cəzasına məhkum ediləcəklər.

Qeyd edək ki, terror aktlarından biri bu ilin aprelin 30-da Urumçinin dəmiryolu stansiyasında baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 79 nəfər yaralanıb.

Digər terror aktı isə mayın 22-də bazarda baş verib. İki avtomobil bazarın ərazisinə daxil olduqdan sonra naməlum şəxslər insanların olduğu yerə bir neçə bomba atıb. Nəticədə 39 nəfər ölüb, 94 nəfər yaralanıb.

Mediainfo.az