Üç ölkənin liderləri arasında telefon danışığı olub

Üç ölkənin liderləri arasında telefon danışığı olub

8 Dekabr 2014 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin serbiyalı həmkarı Tomislav Nikoliç və Macarıstan baş naziri Viktor Orbanla telefonla danışıb.

APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkə liderləri "Cənub axını" layihəsi dayandırıldıqdan sonra enerji sektorunda həyata keçiriləcək layihələrdə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, Rusiya "Cənub axını" layihəsini dayandırdıqdan sonra Serbiya və Macarıstan hökumətləri öz narahatlığını ifadə ediblər. Onlar bunu ölkələrinin enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndiriblər.

Mediainfo.az