GUAM-ABŞ görüşündə birgə bəyanat qəbul edilib

GUAM-ABŞ görüşündə birgə bəyanat qəbul edilib

8 Dekabr 2014 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Bazeldə Nazirlər Şurası çərçivəsində keçirilən GUAM-ABŞ görüşündə birgə bəyanat qəbul edilib. Bəyanatda ABŞ GUAM dövlətləri ilə həmrəy olaraq, GUAM regionunda münaqişələrin sülh yolu ilə həlli istiqamətində irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.

Sənəddə qeyd olunub ki, Vaşinqton GUAM dövlətlərinə qarşı hədələrdən və ya güc tətbiqindən ciddi narahatlıq keçirir.

Bəyanatda həmçinin GUAM dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunub, tərəflərin digər müvafiq formatlarda münaqişələrin həlli üzrə dialoqu davam etdirəcəkləri vurğulanıb.

Mediainfo.az