Bahar Muradova jurnalist Xədicə İsmayılın həbsindən danışdı

Bahar Muradova jurnalist Xədicə İsmayılın həbsindən danışdı

8 Dekabr 2014 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanmasına münasibət bildirərkən deyib:

"Jurnalist Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır. Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil".


B.Muradova bildirib ki, Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır: "Bu onların arasında plan fərdi problemdir. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ DÖvlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".

Mediainfo.az