Ən təhlükəli terrorçu Türkiyədə gizlənibmiş

Ən təhlükəli terrorçu Türkiyədə gizlənibmiş

5 Dekabr 2014 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Milliyət" qəzetinin yaydığı məlumata görə, dünyanın ən təhlükəli terrorçularından biri olan Əbd əl-Baset Əzzuz ələ keçib və o, artıq ABŞ-a təhvil verilib.

Türkiyədə saxta sənədlərlə yaşayan Ə. Əzzuz noyabrın 13-də Türkiyə kəşfiyyatı ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin birgə əməliyyatı zamanı saxlanılıb. O, öncə İordaniyaya aparılıb, bir müddət sonra isə oradan ABŞ-a yola salınıb.

Qeyd edək ki, Ə. Əzzuz 2012-ci ildə ABŞ-ın Liviyadakı konsulluğuna hücumda ittiham olunur. Onun həmçinin Liviyada "Əl-Qaidə"nin təlim düşərgəsinə rəhbərlik etdiyi bildirilir.

Mediainfo.az