Qənirə Paşayeva Pakistan prezidenti ilə görüşüb - FOTO

Qənirə Paşayeva Pakistan prezidenti ilə görüşüb - FOTO

4 Dekabr 2014 19:08
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanı qəbul edib.

Apa-nın Pakistan KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş zamanı Pakistan prezidenti parlamentlərarası münasibətləri yüksək qiymətləndirib, bunun ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə kömək edə biləcəyini vurğulayıb.

M. Hüseyn bildirib ki, Dağlıq Qarabağ və Kəşmir məsələsində tərəflərin birgə mövqeyi Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində özünü göstərir. Prezident Pakistanın Azərbaycanla tekstil, idman və əczaçılıq məhsulları, həmçinin hərbi texnikaların təkmilləşdirilməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib.

Mediainfo.az