"Əl-Qaidə" ABŞ-ı hədələdi

"Əl-Qaidə" ABŞ-ı hədələdi

4 Dekabr 2014 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

"Əl-Qaidə" terror qruplaşması tələbləri yerinə yetirilməyəcəyi təqdirdə amerikalı girovu edam edəcəyi ilə ABŞ-ı hədələyir.

Məlumata görə, 33 yaşlı Amerika vətəndaşı Lyuk Somers bir ildən artıqdır silahlıların əsirliyində saxlanılır. Terrorçular onu Yəmənin paytaxtı Sanada hamının gözü qarşısında edam ediləcəyini bildirirlər.

Qeyd edək ki, son yayılan kadrlarda Somers vəziyyətinin kritik olduğunu, hər an öldürülə biləcəyini və ABŞ hökumətindən ona yardım etməyi xahiş edib. Bundan sonra hərəkətə keçən xüsusi hazırlıqlı ordu qüvvələri Somersin yerini dəqiqləşdirsələr də, terrorçular tez bir zamanda onu başqa bölgəyə qaçırda biliblər.

Mediainfo.az