Prezident: “Qroznıda əməliyyat başa çatıb”

Prezident: “Qroznıda əməliyyat başa çatıb”

4 Dekabr 2014 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda silahlıların zərərsizləşdirilməsi ilə bağlı keçirilən xüsusi əməliyyatın başa çatdığını bəyan edib.

Apa-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, R. Kadırov əməliyyat zamanı 9 silahlı şəxsin öldürüldüyünü bildirib.

"Qroznıda tətbiq olunan əks-terror əməliyyatı rejimini artıq ləğv etmək olar", - deyə o vurğulayıb. Qeyd edək ki, Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 10 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

Mediainfo.az