Lukaşenko: “Rusiya bizə qarşı nəzakətsizlik edib”

Lukaşenko: “Rusiya bizə qarşı nəzakətsizlik edib”

3 Dekabr 2014 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus mallarının ölkəyə gətirilməsinə qadağa qoymaqla nəzakətsizliyə yol verdiyini deyib. "RİA Novosti"nin verdiyi xəbərə görə, "Rosselxoznadzor" ət, kolbasa, süd və süd məhsulları istehsal edən 11 Belarus müəssisəsinin məhsullarının idxalını noyabrın 24-dən etibarən qadağan edib. Rusiya tərəfi bu məhsullarda zərərli mikroorqanizmlər aşkarlandığını bildirib. Noyabrın 26-da siyahıya daha 8 Belarus müəssisəsi əlavə olunub.

A. Lukaşenko Rusiyanın Gömrük İttifaqı çərçivəsində əldə olunan bütün razılaşmalara zidd hərəkət etdiyini bildirib.

Mediainfo.az