Azərbaycan-İsrail Xİ nazirlərinin görüşü olacaq

Azərbaycan-İsrail Xİ nazirlərinin görüşü olacaq

3 Dekabr 2014 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT xarici işlər nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçiriləcək illik toplantısında Azərbaycan və İsrail xarici işlər nazirləri arasında ikitərəfli görüş gözlənilir.

Virtualaz.org saytı İsrail qaynaqlarına istinadən xəbər verir ki, bu ölkənin xarici işlər naziri Aviqdor Libermanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə beynəlxalq gündəmin aktual məsələləri, iki ölkə arasında əməkdaşlıq, Fələstin dövlətinin tanınması məsələsində Bakının mövqeyi və digər məsələlər müzakirə olunacaq.

ATƏT-ə bu il İsveçrə sədrlik edirdi. Təşkilatın xarici işlər nazirləri Şurasının toplantısında İŞİD-ə qarşı mübarizə və Avropada təhlükəsizlik problemləri, habelə Ukrayna ətrafındakı situasiya əsas müzakirə mövzuları olacaq.

Mediainfo.az