Ceyms Uorlik Aşotla görüşü haqda danışdı

Ceyms Uorlik Aşotla görüşü haqda danışdı

3 Dekabr 2014 09:37
355
Bəyəndim (0) Bəyənmədim (0)

"Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəflərlə aparılan müzakirələri vacib sayıram. "Gərginliyin azaldılmasının əhəmiyyətini və danışıqlarda irəliləyişə nail olmaq ehtiyacını müzakirə etdik"

Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimin "parlament" sədri Aşot Qulyanla görüşünə dair APA-nın sualına cavabında deyib. "Biz 12 noyabr tarixində təmas xəttində baş verən insident nəticəsində yaranan gərginliyin azaldılmasının əhəmiyyətini və tərəflərin münaqişənin davamlı nizamlanması istiqamətində danışıqlarda irəliləyişə nail olmaq ehtiyacını müzakirə etdik", - deyə o, söyləyib.

Xatırladaq ki, C. Uorlik Vaşinqtonda Dağlıq Qarabağdakı separatçı rejimin "parlament" nümayəndələri ilə görüş keçirib.

Mediainfo.az