ABŞ Türkiyəni ittiham etdi

ABŞ Türkiyəni ittiham etdi

3 Dekabr 2014 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Son zamanlar ABŞ-la birlikdə atılan məhdudlaşdırıcı addımlara baxmayaraq, Türkiyə Suriyaya gedən muzdlu silahlıların əsas keçid yolu olaraq qalmaqdadır".

Bunu ABŞ Dövlət Departamentinin baş məsləhətçisi Robert Bradtke deyib. O bildirib ki, Türkiyə öz ərazisindən Suriyaya muzdlu silahlıların keçməsinin qarşısını almaq üçün ABŞ və beynəlxalq ictimaiyyətlə fəal əməkdaşlıq edir:

"Türkiyə bölgədə ABŞ-ın mühüm tərəfdaşıdır. ABŞ və Türkiyə Suriyada Bəşər Əsədsiz siyasi nizamlanmada maraqlıdır, Suriya və İraqdakı terror qruplaşmaları ilə mübarizədə bizim ortaq maraqlarımız var. Biz əminik ki, Türkiyə əcnəbi muzdluların Suriyaya axınının qarşısını almaq istiqamətində addımlar atır və biz Ankara ilə bu məsələ ətrafında dialoq aparırıq".

R. Bradtke Türkiyənin Suriyaya gedən muzdlular üçün əsas "giriş qapısı" olmasının səbəblərini şərh edərək xatırladıb ki, Türkiyəyə hər il 37 milyonadək turist səfər edir: "Bu ölkə Suriya ilə ən uzun (900 km-dək) sərhədə malikdir. Bundan başqa, Türkiyə ərazisində 1 milyondan çox suriyalı qaçqın məskunlaşıb və məhz qaçqın düşərgələrində muzdluların cəlb olunması həyata keçirilə bilər".

Mediainfo.az