Qənirə Paşayeva Asiya Parlament Assambleyasında çıxış edib - FOTO

Qənirə Paşayeva Asiya Parlament Assambleyasında çıxış edib - FOTO

2 Dekabr 2014 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Asiya Parlament Assambleyasının Pakistanda keçirilən 7-ci plenar sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və törətdiyi soyqırım barədə geniş məlumat verib. Apa-nın xəbərinə görə, Q. Paşayeva Xocalı soyqırımının 23-cü ildönümünün yaxınlaşdığını, bu soyqırımı törədənlərin Ermənistanda olduğunu və hələ də ədalət qarşısında cavab vermədiyini vurğulayıb: "Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc insanlara, azərbaycanlılara qarşı soyqırım həyata keçirib və bir şəhəri yer üzündən siliblər. Bu gün Xocalı şəhərinin yerində tamamilə dağıdılmış bir şəhər görə bilərsiniz. Ümumiyyətlə isə Azərbaycan torpaqlarının işğalı zamanı 20 mindən çox azərbaycanlı Ermənistan tərəfindən qətlə yetirilib. Mən Dağlıq Qarabağ problemi məsələsində hər zaman ədalətin yanında olan Pakistan dövlətinə və parlamentinə təşəkkürümü bildirirəm. Biz inanırıq ki, ədalətin yanında olan və dünyada bir daha bu cür insanlıq əleyhinə cinayət olmasın deyən insanlar və ölkələr Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentinin və bu istiqamətdə qərarlar qəbul edən digər dövlətlərin ədaləti, insan haqlarını müdafiə edən qərarlarını dəstəkləyəcəklər, bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi, Xocalı sakinlərinin öz evlərinə dönə bilməsi istiqamətində səylərini daha da artıracaqlar"

Mediainfo.az