Rusiya ilə NATO arasında gərginlik artır

Rusiya ilə NATO arasında gərginlik artır

2 Dekabr 2014 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə NATO arasında Ukrayna böhranı səbəbi ilə başlayan gərginlik dərinləşir.Euronews.com xəbər verir ki, rus təyyarələrinin Ukrayna sərhədində təcavüz uçuşları etdiyini bildirən NATO-dan dünən Moskva rəhbərliyinə xəbərdarlıq xarakterli açıqlamalar gəlib. İttifaq verdiyi açıqlamada rus döyüş təyyarələrinin regionda mülki aviasiyaya da təhlükəyə yaratdığını bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya tərəfinin icazəsiz humanitar yardım karvanlarını göndərməsi Ukraynanın ərazi bütövlüyünü pozur: "Müxtəlif vaxtlarda rus humanitar karvanlarının göndərilməsi sərhədlərin pozulmasıdır. Minsk danışıqlarına əsasən belə yardımlar beynəlxalq monitorinq qrupu tərəfindən izlənilməlidir".

Mediainfo.az