Roma papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini bildirib

Roma papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini bildirib

1 Dekabr 2014 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türk mətbuatının yaydığı məlumata görə, Papa Türkiyəyə 3 günlük səfərini tamamlayaraq Vatikana dönüb. O, jurnalistlərə açıqlamasında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinin onun qəlbində olduğunu bildirib: Roma papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini bildirib.

"Kaş o sərhəd açılsa... O qədər gözəl bir şey olar ki... Mən o bölgədə sərhədlərin açılmasını çətinləşdirən geosiyasi problemlərin olduğunu bilirəm. Xalqlar arasında anlaşma olması üçün dua edək".

Qeyd edək ki, papa Fransisk Türkiyəyə səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, dini işlər üzrə idarənin rəhbəri Mehmet Görməz və digər rəsmi şəxslərlə görüşüb.

Mediainfo.az