Ermənistanda vəziyyət pisləşir

Ermənistanda vəziyyət pisləşir

21 İyun 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
İt ona görə dişləyir ki, it kimi həyat sürür

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan: "Ermənistanda belə bir əhval-ruhiyyə üstünlük təşkil edir ki, ölkə bu vəziyyətdən yalnız Qarabağ məsələsi həll ediləndən sonra, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması sayəsində çıxa bilər. Mən bu fikirlə qismən razı olsam da, ona əsasən etiraz edirəm, çünki bizim problemlərimiz ölkənin daxilindədir. Bu gün biz gərgin vəziyyətdəyik, çünki ölkə pis idarə edilir, bu gün biz ona görə gərgin vəziyyətdəyik ki, səhv siyasət yeridilir, biz hələ də ölkəmizdə əsaslı, köklü dəyişikliklər həyata keçirə bilmirik, ona görə ki, biz demokratik dövlət deyilik, ona görə ki, siyasi inhisar mövcuddur."

Oskanyan Ermənistanda daxili siyasi vəziyyəti qiymətləndirərək, o cümlədən növbədənkənar seçkilərin zəruri və mümkün olması barədə sualı cavablandıraraq qeyd etmişdir ki, Ermənistanın ağır vəziyyətdə olması subyektiv deyil, obyektiv qiymətdir: "Bu gün siyasi inhisarın aradan qaldırılması üçün bütün obyektiv şərait vardır, çünki ölkədə vəziyyət gərgindir, bu gün bizim xalqımız hakim partiyaya səs verməyəcəkdir, bu gün siyasi qüvvələr daha yetkin, daha çoxşaxəlidir. Əgər bu gün Ermənistanda heç olmasa yarıbayarı azad və ədalətli parlament seçkiləri keçirilərsə, bütün siyasi meydan dəyişər, o, daha normal olar, həqiqi koalisiyalar yaranar."

Əslində, Ermənistanın bütün problemlərinin bir səbəbi var - erməni olmaq. Rusların el məsəlində deyildiyi kimi: "İt ona görə dişləyir ki, it kimi həyat sürür."

Könül Aypara

O.M.