Zeynəl Abidin bin Əli və Leyla Trabelsi 35 il azadlıqdan məhrum edildi

Zeynəl Abidin bin Əli və Leyla Trabelsi 35 il azadlıqdan məhrum edildi

21 İyun 2011 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Tunis məhkəməsi ölkənin sabiq prezidenti Zeynəl Abidin bin Əlini və həyat yoldaşı Leyla Trabelsini 35 il müddətinə azadlıqdan məhrum edib. Onlar korrupsiyada və narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplara himayədarlıq etməkdə təqsirli biliniblər. Amma bunlar ittiham aktının yalnız bir neçə maddəsidir. Bin Əli və ailəsi Səudiyyə Ərəbistanında olduğundan, məhkəmə onların iştirakı olmadan keçirilir. Tunisin yeni hakimiyyəti Səudiyyə Ərəbistanından sabiq prezidentin eksradisiyasını tələb edib. Lakin rəsmi Ər-Riyad bundan boyun qaçırıb.

Bin Əli 35 il dustaq kimi yaşamaqdansa, bircə gün S. Ərəbistanında azad yaşamağı üstün tutdu.

Tofiq Əliyev

O.M.