Sarkozi keçmiş həyat yoldaşını döydü?
Fransa prezidenti Nikolas Sarkozinin başı eks həyat yoldaşı Sisiliya Attias ilə dərddədir. Sonuncunun, "Önümüzdəki il seçimlərdən əvvəl həyatım və Sarkozi ilə evliliyim haqda roman yazacağam", - sözləri Elysi sarayını hərəkətləndirdi. Qaynaqlardan əldə olunan məlumata görə, seçimlərdən əvvəl bu kitabın satışa çıxması Sarkozinin imicini yerlə bir edəcək deyə, dövlət məmurları kitabın satışa çıxmasının qarşısını nə yolla olursa-olsun alacaqlar. Bu arada Sisiliya kitabda yazacaqlarından danışıb: "Sarkozi məni döyürdü, hətta onu polisə də şikayət etmişəm".
Xatırladaq ki, Sisiliya Sarkozi ilə birlikdəykən Riçard Attiasla münasibət qurmuşdu. 2008-də o, ərini tərk edib, Nyu-Yorkda sevgilisi ilə evləndi. Bəziləri Sisiliyanın Karla Brunini qısqandığı üçün belə bir addım atdığını düşünürlər.
Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
Günel Həbib