Devrilmiş prezident Zeynəl Abidin bin Əlinin məhkəməsi başlayıb

Devrilmiş prezident Zeynəl Abidin bin Əlinin məhkəməsi başlayıb

20 İyun 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Məhkəmədə büdcə vəsaitlərinin mənimsənilməsi, silah və narkotik maddələr ticarəti, silah alveri ilə bağlı epizodlar araşdırılır. İstintaq Tunis prezidentin bir neçə sarayından ümumilikdə 27 milyon dollar dəyərində zinət əşyaları və valyuta götürüldüyünü deyib. Sabiq prezidentə qarşı ittihamlar təsdiqlənərsə, onu hər bir epizod üzrə ən azı 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu məhkəmə prosesi Zeynəl Abidin bin Əliyə qarşı ittihamların yalnız kiçik bir qismini əhatə edir. Ümumilikdə sabiq prezident haqqında 300-ə yaxın cinayət işi başlanıb, onların əksəriyyətinə hərbi tribunalda baxılır. Xatırladaq ki, çevrilişdən sonra Səudiyyə Ərəbistanına qaçan sabiq prezident hazırda ailəsi ilə birlikdə bu ölkədə sığınacaq tapıb. Prosesdə sabiq prezidentlə yanaşı onun həyat yoldaşı Leyla Trabelsi də qiyabi mühakimə olunur.

Ərlə arvadın torpağı bir yerdən götürülüb.

Tofiq Əliyev

O.M.