Bəşər Əsəd edam hökmünü ləğv edəcək

Bəşər Əsəd edam hökmünü ləğv edəcək

16 İyun 2011 14:23
669
Bəyəndim (0) Bəyənmədim (0)
Suriya prezidenti həyəcanlıdır

Suriya prezidenti Bəşər Əsədin bu gün vacib məsələlər barədə televiziya vasitəsilə xalqa müraciəti gözlənilir. Bu haqda "RİA Novosti" məlumat verib.

Məlumata görə, prezident Əsəd ölkədə qanunun aliliyinin təmin olunmasından danışacaq.
"Prezident öz çıxışında çoxsaylı məsələlərə, o cümlədən ölkədə hakimiyyətin vərəsəliyi məsələsinə toxunacaq", deyə mənbə bildirib.
Əsədin həmçinin "Müsəlman qardaşlar" təşkilatında üzvlüyə görə edam hökmünü ləğv edəcəyi gözlənilir.

Kaş ki, dinc nümayişçiləri qətlə yetirmək də ləğv olunardı...

Bəhram Mustafabəyli

O.M.