Arseniy Yatsenyuk Qərb ölkələrini Rusiyanın aktivlərini dondurmağa çağırıb

Arseniy Yatsenyuk Qərb ölkələrini Rusiyanın aktivlərini dondurmağa çağırıb

28 Avqust 2014 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın baş naziri Arseniy Yatsenyuk tərəfdaş ölkələrə müraciət edərək, Rusiyanın aktivlərini dondurmağa çağırıb. Apa - nın UNİAN-a istinadən verdiyi məlumata görə, A.Yatsenyuk qeyd edib ki, Rusiya öz qoşunlarını və texnikasını Ukraynadan çıxarmayanədək Ukraynanın tərəfdaşları Moskvaya təzyiq etməlidir.

"Tətbiq olunan sanksiyalar nəticə vermədi. Belə olduğu halda, Moskvanın aqressiv siyasətinə əngəl olmaq üçün əlavə tədbir kimi ABŞ, Avropa Birliyi və G7 ölkələrində Rusiyanın aktivlərini dondurmaq olar", - deyə o vurğulayıb.

Mediainfo.az