Kaliforniya ştatı qondarma DQR-nın "müstəqilliyini" tanıdı

Kaliforniya ştatı qondarma DQR-nın "müstəqilliyini" tanıdı

28 Avqust 2014 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatının Senatı "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" tanınması haqqında qətnamə qəbul edib.

Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir. Qətnamədə həmçinin ABŞ prezidenti və Konqresin "Dağlıq Qarabağ Respublikası""nın "müstəqilliyini" tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.

Qeyd edək ki, Kaliforniya Dövlət Assambleyası bu il may ayının 8-də "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" tanınması ilə bağlı qətnamə qəbul edib.

Bu növ qanun layihəsi Kaliforniya Dövlət Assambleyası tarixində ilk dəfə olaraq qəbul olunub.

Mediainfo.az