Arseniy Yatsenyuk: “Rusiya qışda Avropa ölkələrinə qaz ixracını dayandıracaq”

Arseniy Yatsenyuk: “Rusiya qışda Avropa ölkələrinə qaz ixracını dayandıracaq”

27 Avqust 2014 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hökuməti Rusiyanın planlarından xəbərdardır."Reuters"in verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk deyib. Hökumətin iclasında çıxış edən A. Yatsenyuk qeyd edib ki, qış aylarında Rusiya Avropaya qaz ixracını dayandırmağı planlaşdırır.

"Ukraynanın enerji sektorunda durum çətindir. Biz Rusiyanın Avropa Birliyi ölkələrinə qış aylarında qaz ixracını dayandırmaq haqda planlarından xəbərdarıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, hələlik Rusiya Energetika Nazirliyi və "Qazprom" şirkəti məsələ ilə bağlı şərh verməyib.
Mediainfo.az