İddia: “Ceyms Foley ötən il öldürülüb, BMT də bunu bilirdi”

İddia: “Ceyms Foley ötən il öldürülüb, BMT də bunu bilirdi”

26 Avqust 2014 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bəşər Əsədin mətbuat katibi Bousayna Şaban amerikalı jurnalist Ceyms Foleyin edam görüntüsü ilə bağlı maraqlı açıqlama verib. Axar.az xəbər verir ki, Suriya rəsmisi jurnalistin düz bir il öncə öldürüldüyünü iddia edib: "Jurnalist indi deyil, ötən il öldürülüb".

Şaban açıqlamasında jurnalist barədə dolğun məlumata malik olduqlarını, hətta beynəlxalq təşkilatların da bundan xəbərdar olduğunu bildirib:

"Jurnalist öncə Azad Suriya Ordusu tərəfindən tutulub. Sonra isə İŞİD-ə satılıb. Foley indi deyil, ötən il öldürülüb. İŞİD yalnız görüntüləri indi yayıb. Hadisə 1 il əvvəl olub. Əlimizdə dəqiq məlumatlar var. BMT də bundan xəbərdar idi".

Xatırladaq ki, terror təşkilatı ötən həftə amerikalı jurnalist Ceyms Foleyin başını kəsərək ABŞ-ı hücumlarını dayandırmağa çağırmışdı.

Mediainfo.az