ABŞ İŞİD-lə hərbi əməliyyatlara başlaya bilər

ABŞ İŞİD-lə hərbi əməliyyatlara başlaya bilər

26 Avqust 2014 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlaya bilər. APA TV-nin məlumatına görə, bu bəyanatla ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, general Martin Dempsi çıxış edib. Əfqanıstanda jurnalistlərin suallarını cavablandıran general bildirib ki, İraqdakı İŞİD terrorçuları Amerika torpaqlarında təhdid törətmək həddinə çatarsa, ölkəsi bu terror təşkilatının Suriya qanadına qarşı əməliyyat keçirə bilər. İŞİD-in hələ də region üçün böyük təhdid olduğunu deyən general Dempsi bildirib ki, bu terror təşkilatı hələlik nə Amerika, nə Avropada partlayışlar törətmək qabiliyyətinə sahib deyil. SİTAT: Əminəm ki, İŞİD-in məhv edilməsinə Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı kimi bölgədəki müttəfiqlərimiz lazımi dəstək verəcəklər. İŞİD-in çox amansız davrandığı, hər kəsi təhdid edən, radikal dini qruplaşma olduğu qənaətindəyəm". SİTATIN sonu.

General Dempsi İŞİD-i "Əl-Qaida" terror təşkilatı ilə müqayisə edərək bildirib ki, hazırda İŞİD terrorçularının ABŞ ərazisində hansısa terror aktı gerçəkləşdirməyə hazırlaşdığı barədə heç bir məlumata sahib deyil. İraqda İŞİD mövqelərinə havadan zərbələr endirdiklərini xatırladan amerikalı general qeyd edib ki, hava hücumları terrorçuların irəliləməsinin qarşısını alıb və İŞİD-in çox güclü olduğu fikrinin üzərindən xətt çəkib.

Mediainfo.az