Papa Fransisko: "İŞİD-lə döyüşməyə hazıram..."

Papa Fransisko: "İŞİD-lə döyüşməyə hazıram..."

19 Avqust 2014 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya səfərindən dönən Roma papası Fransisko təyyarədə jurnalistlərin bir sıra suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, Roma papası İraqda davam edən qarşıdurmaları və insan tələfatlarına diqqət çəkərək bildirib ki, bu hadisələr zamanı zərər çəkənlər əsasən qadın və uşaqlardı. Fransiskonun sözlərinə görə, hazırda 3-cü dünya müharibəsi başlayıb və bu müharibə dünyanın müxtəlif yerlərində davam etməkdədi.

Papanın sözlərinə görə o, kardinal Fernando Fiolini İraqın kürd bölgəsinə göndərib, yeri gələrsə özü də oraya getməyə və hətta İŞİD-lə döyüşməyə də hazırdır. Papa sonra qeyd edib ki, bu hazırkı zamanda atıla biləcək ən doğru addım deyil. Papa İŞİD barədə danışaraq bildirib ki, onlara qarşı aparılan əməliyyat doğru addımdı, amma onları bombardman etmək doğru deyil.

Mediainfo.az