Saakaşvili pencəyini Gürcüstan hökumətinə göndərdi

Saakaşvili pencəyini Gürcüstan hökumətinə göndərdi

19 Avqust 2014 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın eks-prezidentinin ailəsi Baş Prokurorluğun dövlət büdcəsi hesabına alındığını iddia etdiyi Saakaşviliyə məxsus pencəyi hökumətə göndərib.

Mediainfo..az" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, kuryer bağlamanı səhər saatlarında hökumət administrasiyasına "Cənab İvanişvili, necə istifadə edəcəyinizi şəxsi seçiminizə buraxaraq bunu sizə qaytarıram" qeydi ilə buraxıb.

Lakin qəbul şöbəsi bağlamanı qəbul etməkdən imtina edib və izah ediblər ki, onlar ancaq rəsmi yazışmaları qəbul edirlər. Bununla yanaşı, kuryer bağlamanı qəbul şöbəsində buraxaraq gedib.

Xatırladaq ki, ötən həftə Gürcüstanın Baş Prokurorluğu Mixail Saakaşvilini dövlət büdcəsini mənimsəməkdə ittiham etmişdi.

Siyahıda dövlət vəsaiti hesabına şəxsi məqsədlər üçün xərclədiyi, dəyəri 28, 6 min dollar olan Londondan alınan 7 pencək və idman paltosu, həmçinin 4,6 min dollarlıq 2 kostyum vardı.

Saakaşvilinin ailəsinin göndərdiyi bağlamada kəşmir parçadan olan palto və yeddi pencək olub.

Mediainfo.az