Aleksandr Turçinov Qərb dövlətlərini Kiyevə hərbi yardım etməyə çağırıb

Aleksandr Turçinov Qərb dövlətlərini Kiyevə hərbi yardım etməyə çağırıb

19 Avqust 2014 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu, yalnız Ukrayna üçün təhlükə deyil, həm də Avropa üçün təhlükə, NATO-ya qarşı müharibədir".

Apa-nın "İTAR-TASS"-a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov Litva prezidenti Dalya Qribauskayte ilə görüşündə Ukraynadakı vəziyyəti şərh edərkən deyib.

Aleksandr Turçinov Qərbi Kiyevə hərbi dəstək verməyə çağırıb: "Bizim müasir silahlara, təyyarələrə və havadan müdafiə sistemlərinə ehtiyacımız var".