Mosul İŞİD-dən azad olundu

Mosul İŞİD-dən azad olundu

18 Avqust 2014 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ ordusu İŞİD-in Mosul yaxınlığında zəbt etdiyi əraziləri bombalayıb.

Axar.az xəbər verir ki, İraq Kürd Regional Birliyinin silahlı qrupları hava zərbələrindən sonra Mosula girib.

ABŞ Hərbi Hava Qüvvələri mərkəzindən verilən açıqlamada təşkil olunan 14 hava hücumunda terrorçulara aid 10 zirehli texnika, 7 "Hammer" və 2 zirehli transpartyorun məhv edildiyi bildirilib.

Kürdüstan Demokrat Partiyasının sözçüsü Səid Məmuzini mətbuata verdiyi açıqlamada kürd silahlı birləşmələrinin Mosula girdiyini təsdiq edib.

Mediainfo.az