Liviyadakı Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir

Liviyadakı Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir

18 Avqust 2014 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanın Liviyadakı diplomatik nümayəndəliyi rəsmi şəkildə fəaliyyətini davam etdirir".

Bunu Apa-ya açıqlamasında Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov deyib. "Bu ölkədə hazırda yalnız bir neçə Avropa ölkəsinin səfirliyi fəaliyyət göstərir ki, Azərbaycan səfirliyi də diplomatik fəaliyyətini davam etdirənlər sırasındadır", - deyə o, söyləyib.

Liviyadakı azərbaycanlılarla bağlı sualı cavablandıran A. Şükürov 2011-ci ildə bu ölkədən 38 azərbaycanlının təxliyyə edildiyini və hazırda Liviyada səflrik personalından kənar yalnız 1 Azərbaycan vətəndaşının qaldığını bildirib. Səfir həmin şəxsin Liviya-Azərbaycan müştərək şirkətinin əməkdaşı olduğunu qeyd edib.

A. Şükürov vəziyyətlə bağlı Azərbaycan XİN-ə məruzə edildiyini və tezliklə bu ölkədə diplomatik fəaliyyətin davam etdirilib-etdirilməməsi ilə bağlı qərarın qəbul olunacağını bildirib.

Xatırladaq ki, Liviyada hökumət qüvvələri və islamçı qruplaşmalar arasında gərginliyin artması ilə əlaqədar bir sıra ölkələr öz səfirliklərini bu ölkədən təxliyyə ediblər.

Mediainfo.az