Moskvada Türkiyə səfirliyi atəşə tutulub!

Moskvada Türkiyə səfirliyi atəşə tutulub!

18 Avqust 2014 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada bir kişi ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutub.

İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib. Adı açıqlanmayan şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar. İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur. Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Mediainfo.az