Putin Krımda görüş keçirib

Putin Krımda görüş keçirib

14 Avqust 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Krımda ikigünlük səfərdədir. Avqustun 14-də Putin rusiyalı rəsmilər və parlament nümayəndələri ilə görüşəcək.

Prezidentin mətbuat xidməti bildirir ki, Putin danışıqlar zamanı sentyabrda keçiriləcək regional seçkiləri də müzakirə edəcək. Yaltada keçiriləcək görüşdə baş nazir Dmitri Medvedyev, Dövlət Dumasının spikeri Sergey Narışkin və federal nazirlər də qatılacaq.

Putin avqustun 13-də Krıma varandan sonra Sevastopol təhlükəsizilik xidməti rəhbərləri ilə görüşüb. Ukrayna rəsmiləri bildirib ki, Krımın anneksiyasından sonra Putinin bura səfər etməsi qəbuledilməzdir.

Mediainfo.az