De Vaal: “Payizda ABŞ çalışacaq ki...”

De Vaal: “Payizda ABŞ çalışacaq ki...”

14 Avqust 2014 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Heç bir tərəf bu problemdə Rusiyanın ona diktə etməsinə imkan verməyəcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Karnegi Fondunun Rusiya və Avrasiya məsələləri üzrə əməkdaşı Tomas De Vaal çıxış edib. O, Qarabağ konfliktinin artıq xarici faktordan asılı olmadığını bildirib:

"Soçi görüşü Qarabağ konfliktinin əsas reallığını bir daha təsdiq etdi. Buna görə problemin həll edilməməsinin əsas səbəbi xarici faktordan daha çox, daxili dinamika ilə əlaqədardır. Heç bir tərəf bu problemdə Rusiyanın ona diktə etməsinə imkan verməyəcək.

Hətta Rusiyanın müttəfiqi Ermənistan belə buna şərait yaratmayacaq. Daxili dinamika isə daha da pisləşir. Azərbaycanın İsrail və Pakistandan silah alması ilə bağlı yeni məlumatlar gəlir. Azərbaycan güc nümayiş etdirərək hərbi mesajlar verir.

Artıq hər kəs deyir ki, Rusiya digərləri kimi konfliktin idarə edilməsi ilə bağlı heç bir təsəvvürə malik deyil. Ruslar bacardıqları qədər status-kvonu saxlayıb müharibə başlayana qədər ondan fayda götürməyə çalışacaqlar.

Payızda Birləşmiş Ştatlar BMT çərçivəsində tərəflərin görüşünü təşkil etməyə çalışacaq. Fransa Prezidenti Fransua Olland isə Əliyev və Sərkisyanı Parisə dəvət edəcək. Bu müddət ərzində Putin Ukraynadakı işinə geri dönəcək. Onun yaxın vaxtlarda növbəti Qarabağ sammiti keçirmək haqqında olan ideyaları reallığa çevrilmədi".

Mediainfo.az