Jirinovskinin sözlərinə görə Polşa Rusiyadan izahat tələb edib

Jirinovskinin sözlərinə görə Polşa Rusiyadan izahat tələb edib

13 Avqust 2014 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Polşadakı səfiri Aleksandr Alekseyev bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bəyanatı ilə əlaqədar ona rəsmi etiraz bildirilib. Apa -nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, V. Jirinovskinin avqustun 11-də "Rossiya 24" telekanalında səsləndirdiyi fikirlərə görə Rusiyadan izahat tələb olunub.

Səfir isə bildirib ki, V. Jirinovski müxalifət təmsilçisidir və rəsmi Moskva onun fikirlərinə görə məsuliyyət daşımır: "Biz də öz növbəmizdə Polşada müxtəlif siyasətçilərin, hətta bəzi hakimiyyət nümayəndələrinin rusofobiya xarakterli çıxışlarını xatırlatdıq. Nəticədə belə təəssürat yarandı ki, polşalı həmkarlarımız bizim sözümüzün məğzini anladı".

Qeyd edək ki, avqustun 11-də "Rossiya 24" telekanalında çıxış edən Jirinovski Qərbin bazaları yerləşən Polşa və Baltikyanı ölkələrin məhvə məhkum olduğunu söyləyib: "Rusiya imkan verməz ki, bu ölkələrin ərazisindən ona qarşı raketlər atılsın, hərbi təyyarələr uçsun".

Mediainfo.az