Yaponiya Rusiyanın Kuril adalarında keçirəcəyi hərbi təlimlərə qarşıdır

Yaponiya Rusiyanın Kuril adalarında keçirəcəyi hərbi təlimlərə qarşıdır

13 Avqust 2014 15:14
386
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya hökuməti Rusiyanın Cənubi Kuril adalarında keçirəcəyi hərbi təlimlərə kəskin etiraz edir. Apa-nın "Russia Today"-a istinadən verdiyi xəbərə görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi artıq bu təlimlərlə bağlı etirazlarını Rusiyaya bildirdiklərini deyib.

Rusiya Müdafiə Nazirliyi 1000-dən çox əsgərin, 5 Mi-8MTSh hücum helikopterlərinin və 100-ə yaxın digər hərbi texnikanın bu manevrlərə cəlb olunacağını açıqlayıb.

Qeyd edək ki, ikinci Dünya Müharibəsindən sonra Yaponiyanın şimal əraziləri hesab olunan Kuril adalarına görə Rusiya və Yaponiya arasında narazılıq var.

İki ölkə arasında rəsmi sülh müqaviləsi hələ də imzalanmayıb.

Mediainfo.az