ABŞ İraq kürdlərini silahlandırır

ABŞ İraq kürdlərini silahlandırır

11 Avqust 2014 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obamanın administrasiyası İraq kürdlərini birbaşa şəkildə silahla təchiz etməyə başlayıb. "Associated Press"in verdiyi məlumata görə, silah yardımı "İslam Dövləti" qruplaşmasına qarşı müqavimət göstərmək üçün edilir.

Bundan əvvəl ABŞ tərəfindən bildirilmişdi ki, silah yardımı ancaq İraq ordusuna göstərilir.

Kürd peşmərgələrinə yardımların hansı qurum vasitəsilə edildiyi və konkret hansı tip silahlanmadan söhbət getdiyi məlum deyil. Lakin qeyd olunur ki, yardım ABŞ Müdafiə Nazirliyi vasitəsilə həyata keçirilmir. Mənbələr bu cür "silahlandırma" əməliyyatlarının adətən MKİ xətti ilə reallaşdırıldığını bildiriblər.

Mediainfo.az