Eks-prezident: “Putin Ukrayna məsələsində çox uzağa gedib”

Eks-prezident: “Putin Ukrayna məsələsində çox uzağa gedib”

11 Avqust 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Ukrayna məsələsində vəziyyətə nəzarəti itirdiyini bildirib

M. Saakaşvili Ukraynanın yerli telekanalına müsahibəsində bildirib ki, son aylar Ukraynada dəfələrlə səfərdə olub:

"İnsanlar islahatlar haqqında danışırlar, onlar korrupsiyanın qarşısını almaq istəyirlər, köhnə praktikanın davam etməsinə qarşıdırlar. Həqiqətən də, insanlar müharibəyə səfərbər olublar, lakin bu onların ən son istədiyi şeydir. Baxmayaraq ki, Ukrayna xalqının seçimi yoxdur, düşünürəm ki, Rusiyanın da perspektivi yoxdur. Putin artıq təhlükəsiz vəziyyəti bərpa etmək iqtidarında deyil. O, nəzarəti itirib. Krımın işğalı ona çox asan göründü və ehtimal edirdi ki, Ukraynanın şərqi, cənubu ayrılacaq və Kiyev təslim olacaq, böyük Rusiya imperiyası yenidən bərpa ediləcək. Lakin Putin Ukrayna məsələsində çox uzağa gedib və Rusiya üçün itkilər labüddür. Biz ümid edirik ki, Ukrayna özünü ən pisdən qoruya biləcək. Ən pis olan isə tammiqyaslı işğaldır. Təbii ki, Putin müxtəlif variantları nəzərdən keçirir".

Mediainfo.az