Bin Laden İŞİD haqqında

Bin Laden İŞİD haqqında

11 Avqust 2014 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Öldürülmüş "Əl-Qaidə" lider Usama Bin Ladenin İraq Şam İslam Dövləti (İŞİD) barədə yazdığı məktub tapılıb

Bin Ladenin Pakistanda qaldığı yerdən kağız qalıqları arasından 21 səhifəlik məktubu araşdırılıb. Bin Laden məktubda "Əl-Qaidə" üzvlərinə tövsiyə edib. Tövsiyədə bildirilir ki, İŞİD-lə əlaqələri tam kəssinlər. Məktubda İŞİD üzvlərinin həyatlarını və döyüşlərinin boş olduğu vurğulanır. Yazılanlara görə, İŞİD-in bu vəziyyəti "Əl-Qaidə" təşkilatının fəaliyyətini zəiflədir.

"İŞİD-lə ittifaq "Əl-Qaidə"nin fəaliyyətini zəiflədir", - deyə məktubda qeyd olunub.

Bin Ladenin məktubunda həmçinin qeyd olunur ki, İŞİD günahsız əhaliyə qarşı kimyəvi silahdan və xlor qazından istifadə edir.

Qeyd olunur ki, İŞİD məscidləri bombalayıb və Bağdaddakı Katolik kilsənində qətliam törədib. Usamə Bin Laden məktubunda İŞİD-i qəddarlıqda və zorakılıqda ittiham edib.

Məktubu oxuyan mütəxəssislərə aydın olub ki, minlərlə amansız cinayətlər törədən "Əl-Qaidə" lideri üçün İŞİD-in əməlləri daha təhlükəli imiş. Bu mütəxəssisləri heyrətləndirib.

Mediainfo.az