Türkiyənin yeni prezidenti bəlli oldu

Türkiyənin yeni prezidenti bəlli oldu

11 Avqust 2014 09:59
Bəyəndim (0) Bəyənmədim (0)
Rəcəb Tayyip Ərdoğan xalqına təşəkkürünü bildirib

Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə seçilən 12-ci prezident Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan olub.

O, seçilərin 51.95 faizinin səsini toplayıb. Ərdoğan qələbəsi münasibətilə məşhur "balkon çıxışı"nı edir. O, Türkiyə xalqına ona göstərdiyi etimada görə təşəkkür edib.

Xatırladaq ki, dünən Türkiyədə keçirilən prezident seçkilərinin ilkin nəticələri bəlli olub. Nəticələrə görə, səslərin 53,05 faizini eks baş nazir Rəcəb Tayyip Ərdoğan qazanıb.

Mediainfo.az