Ermənilər müharibə əleyhinə aksiya keçirib

Ermənilər müharibə əleyhinə aksiya keçirib

8 Avqust 2014 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvanlılar rejimdən Qarabağdan qoşunları çıxarmağı tələb edirlər. Səhər saatlarında İrəvan sakinləri müharibə əleyhinə yürüş keçiriblər.

ANS-in məlumatına görə, yürüş Respublika meydanından Azadlıq meydanına qədər davam edib. Əllərində Ermənistan və Avropa Birliyinin bayraqları olan yürüş iştirakçıları bildiriblər: "Bu bizim müharibə deyil, rejimin müharibəsidir".

"Tert.am"la söhbət edən yürüş iştirakçılarından biri məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini bildirib: "Biz cəmiyyətlə müzakirələrə girmək istəyirik".

Onlar rejimdən Qarabağdan qoşunları çıxarmağ tələb edir. İrəvan rejimi mitinqlə bağlı məlumatları yaymağa mane olur. Erməni jurnalist mitinqin şəkillərinin gizli çəkib.

Mediainfo.az