Son dəqiqə: Ermənilər Tovuzu atəşə tutur

Son dəqiqə: Ermənilər Tovuzu atəşə tutur

7 Avqust 2014 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda cəbhənin Tovuz rayonunun Ağbulaq kəndini Ermənistan Silahlı Qüvvələri atəşə tutur.

Aldığımız məlumata görə, ermənilər bu istiqamətdə Azərbaycan Ordusunun məhv etdiyi təxribat-diversiya qrupunun üzvlərinin meyitlərini götürmək üçün atəş açır. Ordumuz düşmənə layiqli cavab verir.

Qeyd edək ki, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonunun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Mediainfo.az