Sarkisyan Soçiyə gedir

Sarkisyan Soçiyə gedir

7 Avqust 2014 17:01
473
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni tərəfi Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşündə iştirak etməyə hazır olduğunu bildirib

Avqustun 8-də Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yollanacaq. Apa -nın "news.am" saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da S. Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü keçiriləcək.

Erməni tərəfi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının müzakirəsi üçün Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşündə iştirak etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərə əsasən V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüş keçirəcək və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.

Mediainfo.az