Jirinovski: "İlham Heydəroviç qan tökülməsinə imkan verməyəcək”

Jirinovski: "İlham Heydəroviç qan tökülməsinə imkan verməyəcək”

7 Avqust 2014 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı və qeyri-stabil siyasətçi Vladimir Jirinovski Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib

Axar.az xəbər verir ki, "Vestnik Kavkaza" açıqlamasında o, bölgədə sülhün yaradılmasının açarının Rusiya dövlət başçısının əlində olduğunu dilə gətirib:

"Bir məqam dəqiqdir – Rusiya prezidenti hansı qərarı verəcəksə, bunu həm Kiyev, həm Bakı, həm də İrəvan qəbul etməlidir. Biz bir çox ssenarini nəzərdən keçirə bilərik, amma müharibənin olması, yaxud digər proseslər Rusiya dövlət başçısının iradəsinə tabe olmalıdır. Bəli, biz də istəyirik ki, müharibə olmasın. Azərbaycanlıların və ermənilərin ölməsini istəmirik. Amma baxın, sülhə gedən yol müharibələrdən keçir. Əfqanıstan, İraq və digər bölgələrdə illərdir nələr baş verir? Azərbaycan, Ermənistan, Gürcüstan da qan içindədir. Bu, yaxşı hal deyil, qəbuledilməzdir. Dünyada sülhün, sabitliyin açarı yalnız Kremldədir, Rusiya dövlət başçısının kabinetindədir. Bu 100 il bundan öncə də belə olub, indi də. Həmişə də belə olacaq. Əminəm ki, Rusiya prezidenti Bakı və İrəvanı razı salacaq qərar çıxaracaq".

Xatırladaq ki, Jirinovski bir daha Azərbaycanın siyasətinə və prezident İlham Əliyevin peşəkarlığına toxunub:

"Azərbaycandakı uğurlara xələl gətirmək olmaz. Prezidentlər üçlükdə məsələni həll edəcəklər. Digər qüvvələr də var ki, öz maraqlarına uyğun ssenarini həyata keçirməyə çalışırlar. Lakin kamillik bu xislətlərə qalib gələcək. Hamımızı rus dili birləşdirir. Onlar rus dilində mükəmməl danışırlar. İlham Heydəroviç dünyanın ən nüfuzlu universitetlərindən biri – Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin məzunudur. Atası, çox gözəl şəxsiyyət Heydər Əliyev - hansını ki, şəxsən tanıyırdım və xüsusi rəğbətim var - dahi azərbaycanlıdır! Onun oğlu atasının siyasətini uğurla həyata keçirir və hesab edirəm ki, İlham Heydəroviç qan tökülməsinə imkan verməyəcək".

Mediainfo.az